Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

S.Xankişiyeva16:37 - 16 / 10 / 2021
Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30619 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12186, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18433 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 168 970, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 954 189, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 214 781 təşkil edir.

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər