Bir ailə faciəsi - Gəncə terroru - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir ailə faciəsi - Gəncə terroru - VİDEO

14:08 - 18 / 10 / 2021
Bir ailə faciəsi - Gəncə terroru - VİDEO

Bu kadrlar hər kəsə tanışdır. Gecə saat 01 radələrində Gəncə düşmən tərəfindən raket zərbələrinə məruz qalmışdı.

Nəticədə 15 nəfər həlak olmuş, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı.

Bu gün həmin dəhşətli gecədən artıq 1 il ötür. Yaddaşımıza qara gecə kimi həkk olunan Gəncə terroru bu insanlara nələr yaşatmadı ki? Bir ömürlük acı, əzab və iztirab.

REAL TV əməkdaşının söhbət etdiyi bu şəxs Ramiz Qəhrəmanovdur. Özü həmin gün dağıntılar altında qalaraq xilas olsa da doğmaları - 34 yaşlı qızı Xatirə, 11 yaşlı nəvəsi Orxan, 6 yaşlı nəvəsi Məryəm və 18 yaşlı nəvəsi Ləman şəhid olub.

"Həmin günü necə xatırlayırsınız" sualına isə o belə cavab verir:

Müsahibimiz deyir ki, həmin anın həyəcanı bu gün də canındadır. O yalnız doğmalarını deyil, üzündəki gülüşü də itirib. Çünki terror qızının və nəvələrinin arzusuna da son qoyub.

Ramiz Qəhrəmanov söyləyir ki, əgər vəkillər köməklik edərsə, Ermənistanı beynəlxalq məhkəməyə verməyə hazırdır.

Bu gün məzarlarında əbədiyyən uyuyan bu şəhidlər Azərbaycanın xalqının əqidəsinin sınmaz, birliyinin möhkəm olduğunu dünyaya göstərdi. Onların bu mübarizliyi isə heç zaman unudulmayacaq. Cənnət Mələyi Ləmanın dostunun bayraq rənglərində yazdığı məktubda deyildiyi kimi:

"Yoxluğuna inanmaq çox çətindir. Bu soyuqda sən üşüyürsən axı. Soyuq torpaq canımı acıdır axı. Düşündükcə gözlərimdən yaş özülüyündə düşür və gözlərimi yuyur. Qəlbim qan ağlayır və o qan qəlbimdə sağalmayan bir dəlik açır, yaraya çevrilir. O yara ki insanı ağrıdır və göynədir".

1news.az

Paylaş:
240

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər