Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib

S.Xankişiyeva14:20 - 20 / 10 / 2021
Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Nazirlikdən bildirilib ki, hazırda yaradıcı şəxslərə fəxri adların verilməsi ilə bağlı yeni qaydalar hazırlanır.

“Bununla əlaqədar Azərbaycan Prezidentinin 14 may 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnaməyə riayət olunması, namizədlərin təqdimatında obyektivliyin təmin olunması, namizədlərə layiq olduqları dəyərin verilməsi əsas sayılır”,- nazirlikdən bildirilib.

Qeyd edək ki, bəzi şəxslər Azərbaycanda fəxri adlarla təltif olunacaq mədəniyyət və incəsənət xadimlərinin siyahının obyektiv hazırlanmadığını iddia edirlər.

Paylaş:
394

Son xəbərlər

Bütün xəbərlər