Azərbaycanda son sutkada 16 nəfər koronavirusdan vəfat edib - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda son sutkada 16 nəfər koronavirusdan vəfat edib - STATİSTİKA

Qafar Ağayev16:40 - 20 / 10 / 2021
Azərbaycanda son sutkada 16 nəfər koronavirusdan vəfat edib - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 303 yeni yoluxma faktı qeydə alınıb, 1 010 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 507 857 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 480 685 nəfər müalicə olunaraq sağalıb, 6 809 nəfər vəfat edib, aktiv xəstə sayı 20 363 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 075, ötən müddət ərzində isə ümumilikdə 5 056 819 test aparılıb.

Paylaş:
547

Son xəbərlər

Bütün xəbərlər