Səbaildə tarixi binaların üzərindəki havalandırma boruları sökülür - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbaildə tarixi binaların üzərindəki havalandırma boruları sökülür - FOTO

Qafar Ağayev14:59 - 21 / 10 / 2021
Səbaildə tarixi binaların üzərindəki havalandırma boruları sökülür - FOTO

Səbaildə tarixi binalar və memarlıq abidələri üzərində həyata keçirilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri davam edir.

Bakı Şəhər İcra Hakimiyyətindən 1news.az-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Səbail rayonunun mərkəzi hissəsində yerləşən İstiqlaliyyət, R.Rza, Y.Məmmədəliyev, Z.Tağıyev, T.Əliyarbəyov, Ə.Əlizadə, M.Ə.Rəsulzadə, M.Əfəndiyev, Ə.Cavad küçələrində 19 və 20-ci əsrin tarixi binaları və memarlıq abidələri üzərində xüsusi icazə sənədi olmadan quraşdırılmış ictimai iaşə obyektlərinə məxsus havalandırma boruları sökülərək qeyd olunan binalar və memarlıq abidələri əvvəlki vəziyyətinə qaytarılır.

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən ünvanlarda fəliyyət göstərən sahibkarlarla müasir tələblərə cavab verən havalandırma sistemlərinin quraşdırılması ilə bağlı danışıqlar aparılır.

Tarixi binalar və memarlıq abidələri üzərində müvafiq qurumların icazəsi olmadan konstruksiyaların kobud şəkildə pozulmasının, divarların deşilməsinin və daşların korlanmasının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Paylaş:
415

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər