Kəlbəcər və Laçın rayonlarında hərbi hissələrin qışa hazırlığı yoxlanılıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcər və Laçın rayonlarında hərbi hissələrin qışa hazırlığı yoxlanılıb - FOTO - VİDEO

Qafar Ağayev09:42 - 21 / 10 / 2021
Kəlbəcər və Laçın rayonlarında hərbi hissələrin qışa hazırlığı yoxlanılıb - FOTO - VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində dislokasiya olunan hərbi hissələrin qışa hazırlığını yoxlayıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Müdafiə naziri Zakir Həsənova məruzə olunub ki, hərbi hissələrdə yataqxana və xidməti otaqlar fasiləsiz istilik sistemi ilə təmin edilib, silah və texnikanın payız-qış mövsümünə keçidi təşkil olunub.

Hərbi qulluqçuların ərzaq və isti geyimlə təminatı normaya uyğun şəkildə icra edilib. Yüksək dağlıq və sərt iqlim şəraiti olan ərazilərdə dislokasiya olunan bölmələrə normadan əlavə təminat və təchizat vasitələri ayrılıb.

Qeyd olunub ki, silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yüksək keyfiyyətli yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib. Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilərək mürəkkəb və soyuq iqlim şəraitində istismar olunması üçün hazır vəziyyətə gətirilib.

Sərt iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz rejimində fasiləsiz xidmət aparmaq üçün hərbi hissələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılması üçün planlı şəkildə bütün zəruri tədbirlərin həyata keçirildiyi barədə Müdafiə nazirinə məlumat verilib. Məruzə edilib ki, şəxsi heyətin xidməti şəraitinin yaxşılaşdırılması məqsədilə hər növ mebel və inventarla təmin olunmuş yeni modul tipli konteynerlərdən ibarət yaşayış məntəqələrinin quraşdırılması işləri sürətlə davam etdirilir.

Bundan başqa digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə Mühəndis Qoşunlarının bölmələri tərəfindən çətin relyefli ərazilərdə hərəkət yollarının inşa edilməsi və bərpa olunması istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat verilib.

Müdafiə naziri Azərbaycan Ordusunda şəxsi heyətin təzə və yüksək kalorili qida ilə fasiləsiz təmin olunması, yaşayış məntəqələrinin inşa edilməsi üzrə görülən işlərin sürətləndirilməsi və hərbi qulluqçuların sosial-məişət şəraitinin daim yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Paylaş:
996

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər