Ağdam Dram Teatrının və Füzulidəki “Araz” nəşriyyatının binaları konservasiya olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdam Dram Teatrının və Füzulidəki “Araz” nəşriyyatının binaları konservasiya olunacaq

S.Xankişiyeva15:17 - 22 / 10 / 2021
Ağdam Dram Teatrının və Füzulidəki “Araz” nəşriyyatının binaları konservasiya olunacaq

“İşğaldan azad olunan ərazilərdə yerləşən bir sıra abidələrin konservasiyası nəzərdə tutulur”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli jurnalistlərə açıqlamasında deyib.

Dənizkənarı Milli Parkda “Avropa İttifaqı Azərbaycan üçün” adlı foto-sərgi keçirilir

Kamran İmanov ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsi Assambleyasının sədri seçilib

“Qarabağa kitabla gedək” layihəsinin təqdimatı keçirilib

O bildirib ki, işğaldan azad olunan ərazilərdə yerləşən bir sıra abidələrin konservasiya olunacağı gözlənilir: “Əvvəlki tarixi siması qaytarılması mümkün olmayan tarixi binalar adətən konservasiya olunur. Hesab edirik ki, Ağdam Dram Teatrının binasının qalıqları bu xüsusdandır və onun konservasiyası nəzərdə tutulur. Digər bu kimi binalara nümunə olaraq Füzuli rayonunda yerləşən "Araz" nəşriyyatını göstərə bilərik”.

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər