Azərbaycan və Ukraynanın gənclər təşkilatları birgə memorandum imzaladılar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Ukraynanın gənclər təşkilatları birgə memorandum imzaladılar - FOTO

19:10 - 22 / 10 / 2021
Azərbaycan və Ukraynanın gənclər təşkilatları birgə memorandum imzaladılar - FOTO

"İslahatçı Gənclər" İctimai Birliyinin nümayəndə heyəti Ukraynanın Kiyev şəhərində səfərdədir.

1news.az xəbər verir ki, səfər çərçivəsində "İslahatçı Gənclər” İctimai Birliyi ilə Kiyev Vilayəti İrpen Şəhər Gənclər Şurası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. İrpen şəhər meriyasında şəhər merinin iştirakı ilə baş tutan mərasimdə memorandumu İGİB sədri Fərid Şahbazlı və İrpen Şəhər Gənclər Şurasının sədri Olqa Bıçkova imzalayıb.

Memoranduma əsasən bundan sonra Azərbaycan və Ukrayna gəncləri hər iki ölkənin tarix və mədəniyyətini, eyni zamanda həqiqətlərini müxtəlif tədbir və layihələr vasitəsilə təbliğ edəcəklər. Bu səfər çərçivəsində hər iki ölkə gənclərinin mütəmadi qarşılıqlı səfərləri nəzərdə tutulub.

Memoranduma əsasən Ukraynanın İrpen şəhərində Azərbaycanın təbliği üçün müxtəlif formatlı tədbirlər və layihələr həyata keçiriləcək. İmzalanma mərasimində Ukraynanın fəal gəncləri, eyni zamanda Azərbaycan tərəfindən Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli də iştirak edib.

1news.az

Paylaş:
333

Son xəbərlər

“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24
Bütün xəbərlər