Koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

S.Xankişiyeva14:38 - 26 / 10 / 2021
Koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41233 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26348, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14885 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9424902, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5086757, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4338145 təşkil edir.

Paylaş:
379

Son xəbərlər

Bütün xəbərlər