Qəbələdə toy sahibləri cərimələndi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə toy sahibləri cərimələndi - FOTO

Qafar Ağayev16:16 - 26 / 10 / 2021
Qəbələdə toy sahibləri cərimələndi - FOTO

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, rayonun Yenikənd, Soltannuxa və Böyük Pirəlli kəndlərində yerləşən fərdi evlərin həyətyanı sahələrində təşkil edilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Elsevər Qismətov, Mahir Əzimov və Qismət Mustafayev inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.

Paylaş:
410

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər