“Apple Watch Series 7” artıq satışda. Məhsulu “Apple” şirkətinin Azərbaycandakı rəsmi resellerlərindən əldə etmək olar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Apple Watch Series 7” artıq satışda. Məhsulu “Apple” şirkətinin Azərbaycandakı rəsmi resellerlərindən əldə etmək olar – FOTO

S.Xankişiyeva10:15 - 26 / 10 / 2021
“Apple Watch Series 7” artıq satışda. Məhsulu “Apple” şirkətinin Azərbaycandakı rəsmi resellerlərindən əldə etmək olar – FOTO

Oktyabrın 22-də Azərbaycanda “Apple Watch Series 7” saatlarının rəsmi satışına start verildi.

“Apple” saatlarının yeni modeli genişləndirilmiş displey, zərbəyə qarşı daha yüksək davamlılıq, super qısa müddətə enerji yığma bacarığı və digər üstünlüklərə malikdir.

Cümə günü rəsmi satışa çıxarılan “Apple Watch Series 7” baza modelinin qiyməti 1099 AZN təşkil edir.

Cümə günü rəsmi satışa çıxarılan “Apple Watch Series 7” baza modelinin qiyməti 1099 AZN təşkil edir.

Daha ətraflı məlumatı “Apple” şirkətinin rəsmi resellerləri olan “Alma Store, “Kontakt Home, “Irshad”, “Baku Electronics” və “Myshopsun mağazalarından və saytlarında əldə edə bilərsiniz.

“Apple Watch Series 7” saatları “Apple” şirkətinin 14 sentyabr tarixli təqdimatı zamanı ictimaiyyətə təqdim olunub. Bu modelin əvvəlkilərdən əsas fərqlərindən biri daha geniş displeyə malik olmasıdır: onun displeyi “Series 6”nın displeyindən təxminən 20%, “Series 3”ün displeyindən isə 50% daha böyükdür. Daha böyük displeydə daha çox informasiyanın yerləşməsi “Series 7” modelini gündəlik istifadə üçün daha rahat və praktiki edir. Məsələn, bu modeldə mətn oxuyarkən ekranı əvvəlkilərə nisbətən daha az çevirmək lazımdır.

Yenilənmiş enerji yığma sistemi sayəsində “Apple Watch Series 7” saatlarında enerjini 0%-dən 80%-dək artırmaq üçün cəmi 45 dəqiqə vaxt lazımdır. “Retina” displeyi artıq daim aktivdir – vaxta və ya digər məlumata baxmaq üçün daha ekrana toxunmağa ehtiyac yoxdur. O, əvvəlki kimi parlaqdır. Belə ki, həm qapalı, həm də açıq məkanlarda asanlıqla oxunur. Lakin artıq qapalı məkanlarda, bilək aşağı olduğu hallarda displey 70% daha çox parlaqlığa malikdir, bununla da bildirişləri əlləri qaldırmadan, hiss edilmədən yoxlamaq mümkündür.

Böyük displeyin üstünlüklərindən faydalanmaq üçün saatların istifadəçi interfeysi tamamilə yenilənmişdir. Düymələr daha da böyüdülmüşdür. Bundan başqa, saatın blokunu açmaq üçün şifrəni daxil edərkən, kalkulyatordan, saniyəölçəndən və ya taymerdən istifadə edərkən, yaxud “Narahat etmə” rejimini aktivləşdirərkən onları sıxmaq asanlaşdırılmışdır.

Bundan başqa, “Apple Watch” cihazında ilk dəfə olaraq mükəmməl QWERTY klaviaturası ərsəyə gətirilib. Mətn daxil etmək istədikdə ondan istifadə edə bilərsiniz. O, yazdığınız sözü əvvəlcədən duyaraq sizə variantlar təklif edir. Bundan başqa, “Apple Watch Series 7” indiyədək yaradılmış ən etibarlı saat modelidir. Üst şüşənin 50% qalınlaşdırılması onları son dərəcə dayanıqlı və cızıqlara qarşı dayanıqlı edir.

“Series 7” modelinin inqilabi yeniliyi qandakı oksigenin səviyyəsini ölçməyə imkan verən qurğudur. Bu, pandemiya şəraitində həyati əhəmiyyətli funksiyadır. Onun sayəsində həmçinin istənilən yerdə EKQ etmək mümkündür. Bununla da, bu saatlar bizə təkcə gündəlik həyatımızı idarə etməyə kömək etmir, həm də səhhətimizi izləməyə imkan verir.

Reklam hüququnda

Paylaş:
1274

Son xəbərlər

Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30
Bütün xəbərlər