“Nar” daha bir satış və xidmət mərkəzini yenilədi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nar” daha bir satış və xidmət mərkəzini yenilədi – FOTO

S.Xankişiyeva15:20 - 27 / 10 / 2021
“Nar” daha bir satış və xidmət mərkəzini yenilədi – FOTO

Satış və xidmət mərkəzlərini yeniləməklə müştərilərinə qabaqcıl alış-veriş və üstün xidmət təcrübəsi göstərən “Nar” daha bir mərkəzini yenilədi.

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 4 ünvanında (“Azadlıq” metostansiyasının yaxınlığı) yerləşən mağaza yeni konseptə uyğunlaşdırılaraq, müştərilərin ixtiyarına verildi.

Qeyd edək ki, “Nar” mağazasında ziyarətçilərin müasir üslubda məlumat və xidmət alması təmin edilib. Mərkəzdə nömrə üzərində əməliyyatların aparılması, satışı da daxil olmaqla, müxtəlif növ xidmətlər təqdim edilir. Bundan başqa, yenilənmiş “Nar” mağazalarında mobil telefonların, cihazların və müxtəlif aksesuarların satışı da həyata keçirilir.

Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan “Nar”, mağazalarında yeni konseptin tətbiqini bütün ölkə boyu davam etdirməkdədir. Qeyd edək ki, mobil operator paytaxt və regionlar da daxil olmaqla 23 xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərin ixtiyarına verib. Sizə yaxın olan satış və xidmət mərkəzlərinin ünvanları haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

Reklam hüququnda

Paylaş:
620

Son xəbərlər

Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27
Bütün xəbərlər