Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO

Qafar Ağayev16:39 - 27 / 10 / 2021
Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 44716 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12396 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9469618, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5119077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4350541 təşkil edir.

Azərbaycanda son sutkada koronavirusdan 27 nəfər vəfat edib - STATİSTİKA

Paylaş:
440

Son xəbərlər

Bütün xəbərlər