Azərbaycanda son sutkada koronavirusdan 27 nəfər vəfat edib - STATİSTİKA
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2300 yeni yoluxma faktı qeydə alınıb, 1248 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 522368 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 487674 nəfər müalicə olunaraq sağalıb, 6966 nəfər vəfat edib, aktiv xəstə sayı 27728 nəfərdir.
Ölkədə son sutka ərzində 5144208, hazırkı dövrədək isə 13175 test aparılıb.
Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO
583