Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi – YENİLƏNİB

S.Xankişiyeva17:35 - 27 / 10 / 2021
Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi – YENİLƏNİB

Bakı Hərbi Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Rövşən Əkbərovun vəkili Rüstəm Zülfüqarov müdafiə çıxışı edib.

Vəkil bildirib ki, məhkəmə istintaqı zamanı şahid ifadələrində faktiki sübutlar yoxdur. O deyib ki, şahid ifadələri və Rövşən Əkbərovun ifadəsi barədə tədqiqatlar aparılmalıdır: "Çünki, Rövşən Əkbərov özü də bildirir ki, hadisə baş verən gecəni o ailəsi ilə birlikdə evində olub və səhərə qədər evdən çıxmayıb. Rövşən Əkbərov Elçin Quliyevin ölümünü səhər səfirliyə gedərkən eşidib. Digər tərəfdən, Rövşən Əkbərovun ailə üzvləri şahid qismində istintaqa dəvət edilməyib. Müstəntiq bu məsələdə maraqlı olmayıb. Həmçinin, məhkəmə istintaqında şahid qismində ifadə verən şəxslərin heç biri hadisənin Rövşən Əkbərovun törətdiyini görməyib. Hamısı kimdənsə eşitdiyini deyir. Ona görə də məhkəmədən xahiş edirəm Rövşən Əkbərova bəraət hökmü verilsin".

Daha sonra prosesdə təqsirləndirilən şəxs Rövşən Əkbərov son söz deyib.

Vəkillərin çıxışını müdafiə etdiyini deyən təqsirləndirilən şəxs bildirib ki, onun Elçin Əliyevin qətli ilə heç bir əlaqəsi yoxdur: "Mən həmin vaxt ailəmlə birlikdə evdə olmuşam. Elçin Əliyevi mən qətlə yetirməmişəm. Mən hadisəni səhər səfirliyə gedəndə eşitmişəm.

Ona görə də, xahiş edirəm hadisədə heç bir günahım olmadığı üçün mənə bəraət verilsin".

Hakimlər müşavirəyə yollanıb.

Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rövşən Əkbərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, həmçinin Rövşən Əkbərovdan 40 min 10 manat tutularaq mənəvi ziyan kimi zərərçəkmiş Elçin Əliyevin ailəsinə ödəniləcək.

Hökmə görə, Rövşən Əkbərovun Milli Qəhrəman fəxri adı, general-leytenant hərbi rütbəsi və digər təltifləri toxunulmaz saxlanılıb.

Xatırladaq ki, ötən prosesdə prokuror R. Əkbərova 11 il cəza istəmişdi.

İttihama görə, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Rövşən Əkbərov Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib.

İstintaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib.

Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib.

Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib.

Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

16:50

Bakı Hərbi Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Rövşən Əkbərovun vəkili Rüstəm Zülfüqarov müdafiə çıxışı edib.

Vəkil bildirib ki, məhkəmə istintaqı zamanı şahid ifadələrində faktiki sübutlar yoxdur. O deyib ki, şahid ifadələri və Rövşən Əkbərovun ifadəsi barədə tədqiqatlar aparılmalıdır: "Çünki, Rövşən Əkbərov özü də bildirir ki, hadisə baş verən gecəni o ailəsi ilə birlikdə evində olub və səhərə qədər evdən çıxmayıb. Rövşən Əkbərov Elçin Quliyevin ölümünü səhər səfirliyə gedərkən eşidib. Digər tərəfdən, Rövşən Əkbərovun ailə üzvləri şahid qismində istintaqa dəvət edilməyib. Müstəntiq bu məsələdə maraqlı olmayıb. Həmçinin, məhkəmə istintaqında şahid qismində ifadə verən şəxslərin heç biri hadisənin Rövşən Əkbərovun tərtdiyini görməyib. Hamısı kimdənsə eşitdiyini deyir. Ona görə də məhkəmədən xahiş edirəm Rövşən Əkbərova bəraət hökmü verilsin".

Daha sonra prosesdə təqsirləndirilən şəxs Rövşən Əkbərov son söz deyib.

Vəkillərin çıxışını müdafiə etdiyini deyən təqsirləndirilən şəxs bildirib ki, onun Elçin Əliyevin qətli ilə heç bir əlaqəsi yoxdur: "Mən həmin vaxt ailəmlə birlikdə evdə olmuşam. Elçin Əliyevi mən qətlə yetirməmişəm. Mən hadisəni səhər səfirliyə gedəndə eşitmişəm.

Ona görə də, xahiş edirəm hadisədə heç bir günahım olmadığı üçün mənə bəraət verilsin".

Hakimlər müşavirəyə yollanıb.

Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunacaq.

Xatırladaq ki, ötən prosesdə prokuror R. Əkbərova 11 il cəza istəmişdi.

İttihama görə, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Rövşən Əkbərov Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib.

İstintaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib.

Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib.

Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib.

Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Paylaş:
522

Son xəbərlər

Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49
Bütün xəbərlər