Noyabrda bütün məktəblər bağlanacaq? - Nazirlikdən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Noyabrda bütün məktəblər bağlanacaq? - Nazirlikdən AÇIQLAMA

10:20 - 28 / 10 / 2021
Noyabrda bütün məktəblər bağlanacaq? - Nazirlikdən AÇIQLAMA

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə təkcə ötən gün ölkəmizdə koronavirus infeksiyasına 2300 yeni yoluxma faktının qeydə alınması, 27 nəfər vəfat etməsi məsələnin ciddiliyindən xəbər verir.

Ümumilkdə yoluxma sayının sağalma sayını üstələməsi sosial şəbəkələrdə fikir ayrılığına səbəb olub.

Elə sakinlər arasında da rəqəmələrin artması “karantin rejimi yenidən sərtləşəcək”, “məktəblər bağlanacaq”, “yenidən 1 il distant təhsilə keçiləcək” kimi müxtəlif fikirlərin yaranmasına səbəb olub.

Bəs görəsən məlumat nə dərəcədə həqiqəti əks etdirir?

Milli Məclisin deputatı Cavid Osmanov da 1news.az-a açıqlamasında bildirdi ki, son günlər koronavirusa yoluxmada artımın qeydə alınması ən çox da təhsil sisteminə ciddi təsir edir:

"Artıq ənənəvi dərslər başladıqdan sonra biz görürük ki, ayrı-ayrı məktəblərdə siniflərin bağlanması müşahidə olunur. 14 günlük karantin rejimləri tətbiq olunur. O cümlədən yoluxma sayının daha çox olduğu yerlərdə təhsil ocaqları tamamilə bağlanır. Əlbəttə ki, bu sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub ki, noyabr ayında məktəblər bağlanacaq və yenidən distant təhsilə bərpa olunacaq”.

Millət vəkili məktəblərin bağlanmaması üçün tək çıxış yolu kimi vaksin olunmağın vacibliyindən danışdı:

“İlk növbədə bu gün dünya ekspertləri 3-cü doza vaksinin vurulmasını qaçılmaz hesab edirlər və əlbəttə ki, hər bir vətəndaşımız 1-ci, 2-ci doza vaksini vurdurduqdan sonra 6 aydan sonra 3-cü doza vaksinin vurulmasını həyata keçirməlidir. Digər tərəfdən ənənəvi təhsilimiz davam etdirmək istəyiriksə vətəndaşlarımız vaksinləşmə prosesində mütəşəkkil şəkildə iştirak etməlidirlər.

Eyni zamanda biz zaman-zaman DİN tərəfindən ictimai yerlərdə koronavirus xəstələrinin aşkarlanmasını müşahidə edirik. Onların xəstə ola-ola cəmiyyət içinə çıxması ən pis haldır. Belə xəstələrin məsuliyyətsiz davranması daha ciddi və daha sərt qərarların qəbul olunmasına gətirib çıxara bilər. Bu baxımdan da vətəndaşlarımızdan xahiş edirik ki, hər birimiz koronavirus pandemiyası ilə mübarizədə daha ciddi davranaq və karantin qaydalarına düzgün əməl edək.

Məsələ ilə bağlı birbaşa cavabdeh qurum olan Təhsil Nazirliyindən də münasibət öyrəndik. Nazirlikdən 1news.az-ın sorğusuna cavab olaraq bildirildi ki, yayılan məlumat həqiqəti əks etdirmir.

“Bu, tamamilə yanlış məlumatdır. Qarşıdakı günlərdə nəyin necə olacağı da bəlli deyil”.

Paylaş:
375

Son xəbərlər

Bütün xəbərlər