Ana fəryadı: “Yalvarıram, qızımı xilas edin!” – KÖMƏYƏ ÇAĞIRIŞ

Cəmi 10 yaşı var Aişənin. Gülərüz, həyat dolu bir uşaqdır. Arzusu həkim olmaq, xəstələrə şəfa verməkdir.
Lakin taleyin amansız oyunu olsa gərək Aişənin özünün indi həkimlərin köməyinə ehtiyacı var. Səhhəti hər keçən gün daha da pisləşir. Təcili əməliyyat olunmasa...
Hacızadə Aişə Ramil qızı 2011-ci il noyabrın 2-də anadan olub. Onun anadan olması ailəsinə böyük sevinc və xoşbəxtlik gətirib. Lakin valideynlərinin bu sevinci çox çəkməyib. Üç yaşında Aişənin qarnı naməlum səbəbdən şişməyə başlayıb. Həmin gündən ailənin yuxuları ərşə çəkilib. Bakıdakı bir çox tanınmış xəstəxanalara, özəl klinikalara aparsalar da balaca Aişənin xəstəliyinin səbəbini tapa bilməyiblər. Ailə min bir ümidlə getdiyi İrandan da əliboş qayıdıb. Orada da uşağın xəstəliyinə bir əlac tapan olmayıb. Əlacsız qalan ailə Aişənin qanından və qaraciyərindən nümunəni analiz üçün Türkiyəyə göndərib. Lakin oradan gələn cavab ailəni pərişan edib. Belə ki, analizin təhlillərinə görə, həkimlər Aişəyə qaraciyərin sirrozu diaqnozu qoyublar.






Uzun müddət müalicə alan balaca Aişənin səhhətində ciddi irəliləyiş olmur. Bu ilin oktyabrın 12-də axşam saatlarında vəziyyəti qəfil pisləşdiyindən valideynləri təcili onu xəstəxanaya çatdırırlar. Aparılan müayinələrdən sonra həkimləri dedikləri Aişənin valideynlərini şoka salır: təcili əməliyyat olunmasa Aişə həyatını itirəcək.
Həkimlərin sözlərinə görə, Aişənin vəziyyəti çox kritikdir, tez bir zamanda donor tapılmalı, qaraciyəri dəyişdirilməlidir. Bunun üçünsə 60 min manat tələb olunur. Lakin Aişənin valideynlərinin bu məbləği ödəmək üçün imkanları yoxdur. Anasının qazancı ailənin dolanışığına güclə çatır. Atası isə astma-bronxit xəstəliyindən əziyyət çəkir, uzun müddətdir ki, işsizdir.
Azyaşlı övladlarını hər an itirmək qorxusu ilə yaşayan biçarə ailənin son ümidi mərhəmətli, xeyirxah insanlardır. Çünki bilirlər ki, hər bir ana, hər bir ata üçün ən böyük dərd övlad acısı, övlad dərdidir. Odur ki, inanırlar ki, xeyirxah insanlar tapılacaq və balaca Aişənin yaşaması, sağlamlığına qovuşması üçün onlara kömək edəcəklər.
Aişənin anası Zülfiyyə xanım imkanlı, xeyirxah insanlardan Aişənin həyatını xilas etmələri üçün kömək istəyir: “Aişə xəstələnən gündən nə gecəmiz var, nə gündüzümüz. Borc-xərc edib neçə ildir ki, müailcə etdiririk. Lakin vəziyyəti hər keçən gün daha da pisləşir. İmkanlı, xeyirxah şəxslərdən kömək istəyirəm. Yalvarıram, balamı xilas edin, onu ölməyə qoymayın!”
Aişəyə bu kart hesabı vasitəsilə yardım edə bilərsiniz.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)



Əlaqə üçün:
Zamin Mahmudov (Aişənin dayısı): (055) 320-12-56
Zülfiyyə Hacıyeva (Aişənin anası): (070) 336-33-13
1news.az