Ağdamda qolları məftillə bağlı kişi və qadın skeletinin tapılması ilə bağlı araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda qolları məftillə bağlı kişi və qadın skeletinin tapılması ilə bağlı araşdırma aparılır

S.Xankişiyeva12:01 - 28 / 10 / 2021
Ağdamda qolları məftillə bağlı kişi və qadın skeletinin tapılması ilə bağlı araşdırma aparılır

Ağdam rayonunda qazıntı aparılarkən iki nəfərin meyiti aşkarlanıb.

Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib.

Məlumatda bildirilir ki, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus sümüklər aşkar edilib.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
390

Son xəbərlər

Bütün xəbərlər