Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin xaricdəki daha bir nümunəsi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin xaricdəki daha bir nümunəsi – FOTO

S.Xankişiyeva16:12 - 29 / 10 / 2021
Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin xaricdəki daha bir nümunəsi – FOTO

Çinin Yünnan vilayətinin ucqar Malipo qəsəbəsində çoxları Azərbaycanı yaxşı tanıyır. Bu da təsadüfi deyil. Çünki Malipodakı 2 nömrəli ibtidai məktəbdə Azərbaycanı xatırladan və tanıdan nişanə var.

Malipo Çinin cənubunda, Vyetnamla sərhəddə yerləşir. 300 minə yaxın əhalisi olan bu qəsəbə dağların və hər tərəfdən yamyaşıl meşələrin əhatəsindədir. Çin Hökuməti ölkənin bu cür ucqar yaşayış məntəqələrində yoxsulluğun azaldılması proqramı çərçivəsində təhsil ocaqlarının inşası və yenidənqurulması ilə bağlı bir çox layihələr həyata keçirir. Bu cür təhsil ocaqlarından biri də ölkənin ən kasıb yaşayış məntəqələrindən olan Malipodakı 2 nömrəli ibtidai məktəbdir. Məktəb 1984-cü ildən fəaliyyət göstərir. 1700-ə yaxın şagirdin təhsil aldığı məktəbin idman meydançasının yenidən qurulmasına ciddi ehtiyac yaranmışdı.

Fəaliyyətində uşaqların təhsilli və sağlam böyüməsini hər zaman diqqətdə saxlayan Heydər Əliyev Fondu nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda bir sıra humanitar layihələrin gerçəkləşməsinə dəstək verir. Malipodakı məktəbin idman meydançasının yenidən qurulması da məhz belə layihələrdəndir.

1news.az-ın verdiyi xəbərə görə, Heydər Əliyev Fondu Malipodakı 2 nömrəli məktəbin idman meydançasının yenidən qurulması layihəsinə dəstək göstərib. Layihə çərçivəsində yenidən qurulan stadion futbol, açıq və qapalı basketbol meydançalarından, qaçış zolağından ibarətdir. Rəmzi olaraq “Azərbaycan-Çin dostluq stadionu” adlandırılan bu stadionda uşaqların idmanla məşğul olması üçün zəruri şərait yaradılıb.

Məktəbin müəllimi Yü Siaoyü deyib ki, stadion çox yaxşı inşa edilib və rahatdır. Bizim şagirdlərimiz idman dərslərini bu meydanda keçməklə yanaşı, müxtəlif oyunlar da oynayırlar. Bu da öz növbəsində uşaqların sağlam böyüməsinə müsbət təsir edir. Bu, həm də iki ölkə arasında dostluğun təzahürüdür.

Qeyd edək ki, bu, Heydər Əliyev Fondunun Çində həyata keçirilən humanitar layihələrə ilk dəstəyi deyil. Fond Çinin ucqar bölgələrində yoxsulluğun azaldılması proqramına dəstək məqsədilə Pekində təşkil olunan “Sevgi sərhəd tanımır” xeyriyyə yarmarkasında Azərbaycan tərəfdən fəal iştirak edir.

Fond Çində Azərbaycan mədəniyyətinin təbliğində də fəallıq göstərir. Heydər Əliyev Fondu və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında 2017-ci ilin noyabrında imzalanmış əməkdaşlıq haqqında Memoranduma uyğun olaraq Çinin müxtəlif şəhərlərində, o cümlədən Pekində Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş tədbirlər təşkil edilir, gənclər arasında qarşılıqlı mübadilə proqramları həyata keçirilir. Bundan başqa, Fond Pekin Xarici Dillər Universitetində “Nəsimi İli” çərçivəsində Azərbaycan dili və ədəbiyyatı sərgisinin, Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki katibliyində Azərbaycan Mədəniyyəti Gününün və “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” tədbirinin keçirilməsinə, Çində təşkil edilən bir sıra festivallarda Azərbaycanın iştirakına dəstək verib. Bu yaxınlarda Benbu şəhərində keçirilən Tayhu Dünya Mədəniyyət Forumunun 6-cı illik konfransının əsas təşkilatçılarından biri də Heydər Əliyev Fondu olub. Benbu şəhərindəki “Qədim məskənlər” mədəniyyət parkında Heydər Əliyev Fondu tərəfindən yaradılan “Azərbaycan mədəniyyətinə pəncərə” adlı pavilyon fəaliyyətə başlayıb.

Paylaş:
393

Son xəbərlər

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09
Bütün xəbərlər