Ali məktəblər təsis edilərkən yataqxana fondunun olması zəruri şərt olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali məktəblər təsis edilərkən yataqxana fondunun olması zəruri şərt olacaq

18:07 - 29 / 10 / 2021
Ali məktəblər təsis edilərkən yataqxana fondunun olması zəruri şərt olacaq

Ali təhsil müəssisəsi təsis edilərkən yataqxana fondunun olması zəruri şərt olacaq.

1news.az-ın məlumatına görə, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ali təhsil müəssisələri qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq yaşayış yerinə ehtiyacı olan tələbələri yataqxanada yaşayış yeri ilə təmin etməlidir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həssas kateqoriyadan olan tələbələr yataqxanalarda yaşayış yeri ilə ilk növbədə təmin ediləcəklər.

Yataqxanada yaşayan hər bir tələbə ilə qanunvericiliklə müəyyən edilmiş qaydada kirayə müqaviləsi bağlanacaq. Yataqxanadan istifadəyə görə ödənişin məbləği təhsil müəssisəsinin Azərbaycan Tələbə Birliyinin rəyi nəzərə alınmaqla, ali təhsil müəssisəsi tərəfindən qanunvericiliyə uyğun müəyyən ediləcək.

1news.az

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər