Bakıda məktəbə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məktəbə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb

S.Xankişiyeva13:15 - 30 / 10 / 2021
Bakıda məktəbə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb

Oktyabrın 29-da DİN-in “102 - Zəng Mərkəzi”nə zəng edən şəxs Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindəki orta məktəblərdən birinin damına bomba qoyulması barədə məlumat verib.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, lakin fakt təsdiqini tapmayıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxs - Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı P.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı maddəsi (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.

Paylaş:
414

Son xəbərlər

Bütün xəbərlər