Azərbaycan qızıl gülləri Rusiya bazarına qayıdırlar - FOTO
Baku Roses brendi altında fəaliyyət göstərən, Azərbaycan Respublikasında premium qızıl gülləri ilə tanınan Azerbaijan Flowers Company (AFC) Rusiya Federasiyasına öz məhsulunu ixrac etməyə başlamışdır.
Baku Roses brendinin 15 qızıl gül növü artıq Moskvaya ilk səyahətinə yola düşmüşdür. Onların arasında dünyada ilk olaraq Azerbaijan Flowers Company şirkəti üçün yetişdirilən "Alov" unikal al qırmızı qızıl gül növü də yer alıb.
Növbəti çatdırılma on gündə bir dəfə həyata keçirilməsi nəzərdə tutulub. Rusiya bazarı böyük inkişaf perspektivləri olan nəhəng bir platforma olduğu üçün, Azərbaycan məhsulunun keyfiyyətini nümayiş etdirmək və ixrac coğrafiyasını genişləndirmək üçün böyük fürsətdir (xatırladaq ki, daha əvvəl AFC Gürcüstan Respublikasına qızıl güllərin ixracını həyata keçirib).
Bildiyiniz kimi, gülçülük Azərbaycan Respublikası kənd təsərrüfatının ənənəvi sahələrindən biridir. Rusiyada çiçək biznesi ilə fəal məşqul olan soydaşlarımız çoxdur, lakin onlar əsasən Hollandiyadan, həmçinin Ekvador, Keniyadan gətirilən çiçəklərin satışını həyata keçirirlər və bu siyahiya Azərbaycan məhsullarının da qatılması məmnunluq hissi yaradır.
AFC-nin həmtəsisçisi Rauf Xəlilovun sözlərinə görə, məhsulların ixracının uğurlu təcrübəsi, yüksək keyfiyyətli standarta məxsus olan Azərbaycan qızıl gülünün dünya bazarına çıxarılması məqsəd ilə ixrac fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün aydın istiqamət yaradır.
Azerbaijan Flowers Company, LU-MUN və ISR holdinqləri tərəfindən yaradılan perspektivli və nisbətən gənc bir layihədir. Şirkətin müasir tipli istixanası Qala kəndində üç hektar ərazidə yerləşir. Son iki ildə AFC- nın məhsulları Baku Roses brendi altında daxili qızıl gül bazarındakı mövqelərini möhkəmləndirərək Azərbaycanı dünya səhnəsində layiqincə təmsil edir.
Öz növbəsində, Azerbaijan Flowers Company sabit ticarət əlaqələrinin yaradılması üçün əlverişli şəraitin təşkili və təmin edilməsi prosesində hərtərəfli dəstəyə görə AzPromo-ya və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təşəkkürünü bildirir.
Reklam hüququnda