Uşaq dünyaya gətirən 11 yaşlı qızın vəziyyəti sabit, körpənin durumu isə ağırdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Uşaq dünyaya gətirən 11 yaşlı qızın vəziyyəti sabit, körpənin durumu isə ağırdır

S.Xankişiyeva11:39 - 30 / 10 / 2021
Uşaq dünyaya gətirən 11 yaşlı qızın vəziyyəti sabit, körpənin durumu isə ağırdır

Uşaq dünyaya gətirən İmişli rayon sakini olan 11 yaşlı qızın vəziyyəti sabit, körpənin durumu isə ağırdır.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsindən bildirilib.

Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər