Dövlət Komitəsi 11 yaşlı ana və körpəsi ilə bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsi 11 yaşlı ana və körpəsi ilə bağlı məlumat yayıb

S.Xankişiyeva12:42 - 30 / 10 / 2021
Dövlət Komitəsi 11 yaşlı ana və körpəsi ilə bağlı məlumat yayıb

Kütləvi informasiya vasitələrində İmişli rayonunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumatlar yayılıb.

Faktla bağlı Baş Prokurorluğunun açıqlamasında hadisənin həqiqiliyi təsdiqlənmiş və Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işinin başlanıldığı bildirilib. Məsələ ilə əlaqədar Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən ana və uşaq nəzarətə götürülüb.

Komitədən 1news.az-a verilən məlumata görə, uşaqların mənafeyinə uyğun zəruri tədbirlər görüləcək. Aparılan istintaqın nəticələrindən asılı olaraq, yetkinlik yaşına çatmayan ana və körpənin gələcək taleyi ilə bağlı müvafiq qərarlar qəbul ediləcək. Hazırda uşağın sağlamlığı ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, cinayət məsələsi ilə bağlı hüquq-mühafizə orqanları eyni anda məşğul olur. Dövlət Komitəsi də öz növbəsində bu prosesdə iştirak edərək yetkinlik yaşına çatmayanın tibb müəssisəsindən çıxdıqdan sonrakı vəziyyəti ilə bağlı lazımi tədbirləri görəcək.

Dövlət Komitəsi bir daha xatırladır ki, valideynlərin övladlarına qarşı etinasız və laqeyd münasibəti ağır fəsadların baş verməsi ilə nəticələnir. Uşaqların qayğısına qalmaq və nəzarət etmək valideynlərin borcudur. Cinayət barədə məlumatlı olub bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmək cinayət qanunvericiliyinə əsasən məsuliyyətə səbəb olur.

Paylaş:
430

Son xəbərlər

31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08
Bütün xəbərlər