Rövnəq Abdullayevin yerinə nazir seçildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Rövnəq Abdullayevin yerinə nazir seçildi

17:04 - 01 / 11 / 2021
Rövnəq Abdullayevin yerinə nazir seçildi

Xəbər verdiyimiz kimi, bu gün Cüdo Federasiyasında növbədənkənar seçki keçirilib. Seçki Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

1news.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, seçkinin nəticəsinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cüdo Federasiyasının yeni prezidenti olub.

Qeyd edək ki, nazir bu postda Rövnəq Abdullayevi əvəz edib. R.Abdullayev 2015-ci ildən federasiyaya rəhbərlik edirdi.

1news.az

Paylaş:
487

Son xəbərlər

Bütün xəbərlər