“Azərxalça”nın elan etdiyi “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsi sona yetdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərxalça”nın elan etdiyi “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsi sona yetdi - FOTO

Qafar Ağayev18:10 - 04 / 11 / 2021
“Azərxalça”nın elan etdiyi “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsi sona yetdi - FOTO

27 sentyabr Anım Günü və 44 günlük Vətən Müharibəsinin il dönümünün qeyd olunması ilə bağlı “Azərxalça” ASC- nin elan etdiyi “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsi sona yetdi.

1news.az xəbər verir ki, bu ilin iyul ayında elan olunan müsabiqəyə müraciət edən yüzlərlə gənc sırasından yalnız 13 nəfər seçmə mərhələni keçərək təlimlərə qatılmışdı. 1 ay davam edən təlimlər zamanı gənc dizayner və rəssamlar həm yerli, həm də xarici mütəxəssislərlə təcrübələrini bölüşdülər. Təlimlər həm nəzəri, həm də praktiv yöndə baş tutub.

Noyabr ayının 4-də “Azərxalça” ASC –nin İçərişəhərdə yerləşən qalereyasında müsabiqənin son mərhələsi baş tutdu. Tədbiri “Azərxalça” ASC sədri Emin Məmmədov açıq elan edərək, hər bir gəncə müsabiqədə iştirakına görə təşəkkür etdi. Bildirildi ki, milli xalçaçılıq irsimizin qorunması və gənclər arasında xalçaçılıq sənətinə marağın artırılması yönündə “Zəfər” kolleksiyası xalça müsabiqəsinin müstəsna rolu olacaq. Çıxışı zamanı sədr qeyd etdi ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, gənclərimiz arasında təbliğ olunmasında müsabiqələrin keçirilməsi vacibdir və bundan sonra “Azərxalça” ASC gənclərlə daha sıx əməkdaşlıq edəcək.

13 gənc təlimçilər, rəssamlar və tanınmış incəsənət xadimlərinə öz əsərlərini təqdim etdi. Hər bir gənc əsərini təqdim etməklə yanaşı onun fəlsəfəsini də hər kəsə izah edərək müdafiəsini yekunlaşdırdı.

Xatırladaq ki, noyabr ayının 4-dən etibarən 10 gün ərzində 13 müsabiqə iştirakçısının əsəri İçərişəhər, Böyük Qala 15 ünvanında, “Azərxalça” ASC showroom- da sərgilənəcək. Maraqlanan hər kəs əsərləri seyr etməklə yanaşı qalibin müəyyən olunamsında, səsvermədə də iştirak edə bilər.

10 gündən sonra qaliblər elan olunacaq. Qaliblərin əsərləri əsasında isə “Azərxalça” nın “Zəfər” xalça kolleksiyası hazırlanacaq! Yeni xalça kolleksiyası həm yerli, həm də xarici bazarda xalça sevərlərin istifadəsinə təqdim olunacaq.

Gəlin, birlikdə “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsinin qalibini birlikdə müəyyən edək!

Paylaş:
1052

Son xəbərlər

Laçında tramvay xətti çəkiləcəkBu gün, 16:25Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTOBu gün, 16:01Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıbBu gün, 15:50Ağdaşda kanaldan meyit tapılıbBu gün, 15:31Bu ilin yanvar-avqust ayları ərzində evlənənlərin sayı azalıbBu gün, 15:16Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı açıqlanıbBu gün, 13:49Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil veribBu gün, 13:32Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıbBu gün, 13:21Azərbaycan əhalisinin sayı açıqlanıbBu gün, 13:02Sabahın hava proqnozuBu gün, 12:45DİN: Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülübBu gün, 12:22Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 12:06Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdürBu gün, 11:46Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilirBu gün, 11:19FHN: Ötən sutka 11 nəfər xilas edilibBu gün, 10:52Azərbaycan nefti ucuzlaşıbBu gün, 10:35Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 10:10Xəzər İnşaat Həftəsi öz işinə start verdiBu gün, 09:48Səbail rayonunda intihara cəhd edən şəxs xilas olunub - VİDEOBu gün, 09:25Bakıda sıxlıq olan küçə və prospektlər - SİYAHIBu gün, 09:08
Bütün xəbərlər