Teymur Musayev: “Azərbaycanda əhalinin 60 faizi 2 doza vaksin olunub”
“COVİD-19 pandemiyası səhiyyə sisteminə hələ də təzyiqlər göstərməkdərir”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Səhiyyə Nazirinin müavini Teymur Musayev “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda “Səhiyyə və əhalinin vaksinasiyası” mövzusunda paneldə çıxışı zamanı deyib .
“Xüsusilə də vaksinlərin ədalətsiz paylanması buna təsir edir. İnkişaf etmiş ölkələrdə 100 nəfərə 133 doza düşür, aşagı gəlirli ölkələrdə isə 100 nəfərə 4 doza düşür. Bu isə çox ədalətsiz vaksin paylanmasından xəbər verir.
“Sizinlə Azərbaycan təcrübəsini paylaşmaq istərdim” - deyə, nazir müavini əlavə edib:
“Cənab Prezident İlham Əliyevin sayəsində bizim ölkəmiz lazım olan vaksinləri alıb. Milli vaksinlərin hazırlanması ilə bağlı işlər aparılır. Azərbaycanda əhalinin 60 faizi 2 doza vaksin olunub. 2 dozadan 6 ay keçəndən sonra insanlar artıq 3-cü doza vurdururlar”.
T.Musayev deyib ki, vaksinlərin ədalətsiz paylaşmasının qarşını almaq üçün dünyada əhəmiyyətli bir qərar qəbul edilməlidir.
“Belə olduğu halda pandemiya ilə mübarizə effektiv olar. Azərbaycan hökuməti tərəfindən ilk gündən pandemiya ilə mübarizəyə böyük diqqət ayrılıb. Bütün imkanlar səfərbər olunub. Azərbaycana yüksək texnikalı tibbi avadalıqlar, süni nəfəs aparatları gətirilib. Azərbaycan vaksinasiya kampaniyasına qoşulan ilk ölkələrdən oldu. Azərbaycan ilk gündən vaksin milliyətçiliyinə qarşı çıxdı”.
FOTO: Nadir İbrahimli