MilliÖN və “Yaşat” fondunun birgə təşkilatçılığı ilə “Bütöv Azərbaycan” məktəblilərarası rəsm sərgisi keçirilib - FOTO
Noyabrın 5-də MilliÖN və “Yaşat” fondunun birgə təşkilatçılığı ilə “Bütöv Azərbaycan” məktəblilərarası rəsm sərgisi keçirildi. Sərgi iştirakçıları, dövlət və özəl təhsil müəsisələrinin şagirdləri idi.
Sərgidə ölkə üzrə ümumilikdə 10 fərqli məktəb tərəfindən göndərilmiş 67 ədəd rəsm və əl işi nümayiş olundu.
Tədbirin əsəs məqsədi istedadı olan şagirdləri bu istiqamətdə həvəsləndirmək və onlarda vətənpərvərlik hislərini daha da artırmaqdan ibarət idi.
Sərgi xeyriyyə məqsədi ilə təşkil edilmişdi. Nümayiş olunan rəsm əsərlərinin gəliri birbaşa olaraq “Yaşat” fonduna ianə edildi. Belə ki, əsərləri almaq istəyən şəxslər sərgi zalında yerləşdirilmiş MilliÖN terminalları vasitəsi ilə “Yaşat” fonduna ianə edir, qəbzi sərgi təşkilatçılarına təqdim edərək əsərləri əldə edirdilər.
Sərginin sonunda nümayiş olunan bütün əsərlər satıldı.
Reklam hüququnda