Ötən həftə 121 hektar ərazi minadan təmizlənib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə 121 hektar ərazi minadan təmizlənib – FOTO

S.Xankişiyeva17:58 - 08 / 11 / 2021
Ötən həftə 121 hektar ərazi minadan təmizlənib – FOTO

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, noyabrın 1-dən 6-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 173 piyada əleyhinə, 143 tank əleyhinə mina və 93 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

121 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş:
512

Son xəbərlər

Bütün xəbərlər