8 Noyabr Zəfər Günü Gəncə Mall-da xüsusi qeyd edilib - FOTO
Qarabağın işğaldan azad olunmasının ilk ildönümü Gəncə Mall ticarət mərkəzində bir sıra yaddaqalan tədbirlərlə qeyd olunub.
1news.az xəbər verir ki, Zəfər Günü münasibətilə ticarət mərkəzində sərgi təşkil edilmişdir.
“Böyük Qələbə uşaqların gözü ilə” adlanan sərgidə 8-13 yaşlı uşaqların mövzu ilə bağlı rəsmləri nümayiş etdirilmişdir. Sərginin keçirilməsində əsas məqsəd uşaqlara vətənpərvərlik ruhunun və Zəfər Gününün xalqımız üçün önəminin aşılanmasıdır. Uşaqların bir-birindən maraqlı rəsmləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Daha sonra rəsmlərin müəllifləri müxtəlif həvəsləndirici hədiyyələrlə təltif olunublar.
Zəfər Günü tədbirləri çərçivəsində Gəncə Mall -da məktəbli uşaqların çıxışı da yadda qaldı. Məktəblilər Zəfər mövzusunda şerlər və mahnılar səsləndiriblər.
Bu günlərdə Gəncə Mall ticarət mərkəzində səsləndirilən vətənpərvər ruhda olan mahnılar və ziyarətçilərə təqdim edilən Qarabağ haqda broşuralar ticarət mərkəzində tam Zəfər abu-havası yaratmışdır.
Qeyd edək ki, “Böyük Qələbə uşaqların gözü ilə” sərgisi 9 və 10 noyabr tarixlərində davam edəcəkdir.