Azərbaycan Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına 111 min ağac əkməklə dəstək olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına 111 min ağac əkməklə dəstək olacaq

Qafar Ağayev14:28 - 10 / 11 / 2021
Azərbaycan Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına 111 min ağac əkməklə dəstək olacaq

“Gələcəyə nəfəs ol!” şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə Azərbaycan növbəti dəfə qardaş ölkənin genişmiqyaslı kampaniyasına qoşulacaq və böyük məmnuniyyətlə bu nəcib aksiyaya töhfə verəcək.

1news.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, Türkiyənin təşəbbüsü ilə keçirilən aksiya çərçivəsində ölkə ərazisində 11-ci ayın 11-ci günündə ümumilikdə 111 min ağac əkiləcək və beləliklə, ölkə üzrə əkəcəyimiz 111 min ağac “Gələcəyə nəfəs ol!” şüarı altında qardaş ölkənin keçirdiyi böyük aksiyaya simvolik töhfəmiz olacaq.

“Genişmiqyaslı ağacəkmə tədbirləri böyük coşqu ilə Qarabağ bölgəsində də keçiriləcək və təkcə Zəngilan rayonu ərazisində 1111 ədəd müxtəlif cinsli ağac əkiləcək, toxum səpiləcək”.

Nazir müavini onu da qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı ağacəkmə tədbirləri olan “Yaşıl Marafon”, “Ölkə üzrə 44 min ağac əkilməsi”, “Gələcəyə nəfəs ol! kampaniyasına dəstək” aksiyaları eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında (COP 26) qəbul olunmuş istilik effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsinə və qoşulduğu təşəbbüslərə də öz töhfəsini verəcək.

Paylaş:
502

Son xəbərlər

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52
Bütün xəbərlər