Bakı-Sumqayıt qatarının sürəti müvəqqəti azaldılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt qatarının sürəti müvəqqəti azaldılıb

S.Xankişiyeva10:54 - 11 / 11 / 2021
Bakı-Sumqayıt qatarının sürəti müvəqqəti azaldılıb

"Azərbaycan Dəmir Yolları" QSC paytaxtda əsən güclü küləyi nəzərə alaraq Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sürətinin azaldılması barədə qərar qəbul edib.

Bu barədə 1news.az-a qurumdan bildirilib.

Məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

"Bu səbəbdən ötən gün axşam və bu gün səhər saatlarında qatarların hərəkətində qısamüddətli ləngimə olub. Hazırda isə qatarlar cədvəl üzrə hərəkət edir”, - deyə qurum bəyan edib.

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər