Azərbaycanda indiyədək 67 əfv sərəncamı imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda indiyədək 67 əfv sərəncamı imzalanıb

Qafar Ağayev11:37 - 11 / 11 / 2021
Azərbaycanda indiyədək 67 əfv sərəncamı imzalanıb

“Azərbaycanda bu günədək 67 əfvetmə haqqında sərəncam imzalanıb” .

1news.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, bu 67 əfv sərəncamı 8774 nəfərə şamil edilib.

"Bu əfv sərəncamlarından 35-i başçısı Prezident İlham Əliyev tərəfindən imzalanıb. Bu da 5672 nəfərə şamil olunub".

"Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən amnistiya aktları nəticəsində minlərlə ailəyə sevinc bəxş edilib" - A. Sabitova əlavə edib:

"Bu günə qədər həyata keçirilən 11 amnistiya aktı 117770 şəxsə şamil edilib. Zəfər Günü münasibətilə həyata keçiriləcək amnistiya dövlətin hümanist siyasətinin növbəti göstəricisidir”.

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər