Rəis müavini: “Bu Amnistiya Aktı digərlərindən fərqlənir”
“8 Noyabr - Zəfər Günü münasibətilə bağlı qəbul olunan Amnistiya Aktı digərlərindən fərqlənir”.
1news.az xəbər verir ki, bunu 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-in iştirakı ilə dəyirmi masada Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Elçin Nəsibov deyib.
“Zəfər Günü münasibətilə imzalanan Amnistiya Aktının digərlərindən fərqi, qanuni qüvvəyə minməmiş hökmlərə və ibtidai istintaq mərhələsində olan işlərə şamil edilməsindədir” - deyə, o, əlavə edib:
“4 ay müddətində icraçı orqanlar tərəfindən "Amnistiya aktının icrası başa çatdırılacaq. İlk dəfə olaraq ağır cinayət törədilməsinə görə 6 aya qədər cəzası qalan şəxslərə də Amnistiya aktı şamil olunacaq".