Aynur Sabitova: “Amnistiya aktının icrası prosesinə ciddi nəzarət edilir”
“Amnistiya aktının icrası prosesinə ciddi nəzarət edilir”.
1news.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova 8 Noyabr-Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən "dəyirmi masa"da çıxışı zamanı deyib.
O, bildirib ki, Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən bununla bağlı xüsusi tapşırıq verilib.
“Əməkdaşlarımız tərəfindən prosesdə heç bir boşluğa yol verilə bilməz. Belə bir durum aşkarlanarsa, həmin əməkdaşlar barəsində tədbir görüləcək”.
1104