“Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışı keçirilib – FOTO

S.Xankişiyeva17:33 - 12 / 11 / 2021
“Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışı keçirilib – FOTO

Noyabrın 12-də “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışı keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə tələbələrin bilik yarışına hazırlığını əks etdirən videoçarx nümayiş olunub.

Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında 48 ali təhsil ocağı təmsil olunub.

Diqqətə çatdırılıb ki, 2014-cü ildən ənənəvi təşkil edilən bilik yarışı gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellektual vərdişlərinin inkişafı məqsədi daşıyır. Builki yarış, eyni zamanda, Vətən müharibəsində əldə olunan şanlı zəfər tarixinə həsr edilib.

Yarış ərəfəsində komandaların müsabiqəyə hazırlığı məqsədilə Heydər Əliyev Muzeyinə ziyarətləri təşkil olunub. Bununla yanaşı, noyabrın 6-da bilik yarışının iştirakçı komandaları üçün təlim keçirilib. Heydər Əliyev Mərkəzində təşkil edilən təlimin məqsədi Vətən müharibəsi və şanlı zəfər tarixinin öyrənilməsi olub.

Bilik yarışı 3 turdan ibarət olub. Hər turda 12 sual cavablandırılıb. Suallar komandalara əvvəlcədən təqdim olunan mövzular əsasında tərtib edilib. İştirakçı komandalar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti, irsi, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın Ermənistanın işğalından azad olunması uğrunda aparılmış Vətən müharibəsi və zəfər tarixi ilə bağlı mövzuları əhatə edən sualları cavablandırıblar.

Turların sonunda ümumi qiymətləndirmə üzrə 3 qalib komanda müəyyən edilib.

Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.

Bilik yarışında Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası birinci, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası üçüncü yerə layiq görülüb.

Qaliblərin mükafatlandırılması ilə yanaşı, komandaların hər bir üzvünə Heydər Əliyev Mərkəzi adından iştirakçı sertifikatları təqdim olunub.

Yarışın qalibi olan Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandasının üzvü təəssüratını bölüşərək deyib: “Bilik yarışına hazırlaşmağımızda bizə şərait yaradan Akademiyanın rəhbərliyinə və müəllim heyətinə təşəkkürümüzü bildiririk. Yarış çətin olsa da, çox yaxşı hazırlaşdığımız üçün suallara cavab verə bildik və qalib olduq”.

Ümummilli lider Heydər Əliyevə həsr olunan bilik yarışında iştirak etməyin çox qürurverici olduğunu söyləyən Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandasının üzvü Elşad Babayev gərgin mübarizə şəraitində keçən yarışmada uğur əldə etdiklərinə və ikinci yerə layiq görüldüklərinə görə çox sevindiyini bildirib.

Paylaş:
556

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər