Vətən Müharibəsi qazisi polis tərəfindən döyülüb? - DİN-dən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən Müharibəsi qazisi polis tərəfindən döyülüb? - DİN-dən AÇIQLAMA

14:09 - 15 / 11 / 2021
Vətən Müharibəsi qazisi polis tərəfindən döyülüb? - DİN-dən AÇIQLAMA

"Vətən Müharibəsi qazisi, Ağstafa rayon sakini Elvin Alıyevin Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi və qazinin xəsarət alması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir".

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib:

“Məlumat üçün qeyd edim ki, noyabr ayının 12-də Ağstafa RPŞ-nin əməkdaşları icraatda olan araşdırma ilə bağlı rayon sakini Mustafa Qurbanovu şöbəyə dəvət edən zaman qonşuluqda yaşayan Elvin Alıyev polis əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirməyə mane olub, nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozub.

Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, Elvin Alıyev müharibə zamanı xəsarət aldığı üçün esterik və epileptik tutmalardan əziyyət çəkir və bu hallar onda tez-tez baş verir. Odur ki, qazinin xəstəxanaya müraciət etməsi polis əməkdaşının onun vurması ilə bağlı deyil qeyd edilən tutmaların nəticəsidir”.

1news.az

Paylaş:
307

Son xəbərlər

Bütün xəbərlər