Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişdi

S.Xankişiyeva13:16 - 16 / 11 / 2021
Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişdi

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın prinsiplərini, o cümlədən, bu mövzuda qabaqcıl dünya ölkələrinin praktikasını nəzərə alaraq xarici diplomların tanınması məqsədilə həyata keçirilən ekspertiza çərçivəsində tətbiq olunan yanaşmaya dəyişiklik edib.

Agentlikdən 1news.az-a verilən məlumata görə, dəyişikliyə əsasən şəxsin magistratura səviyyəsində yiyələndiyi ixtisasla onun bakalavriat səviyyəsində əldə etdiyi ixtisas arasında uyğunluğun gözlənilməsi zəruri hesab edilməyəcək.

Yəni bakalavriat səviyyəsində bir ixtisasa yiyələnmiş tələbələr öz təhsillərini xarici dövlətdə fərqli ixtisas sahəsi üzrə davam etdirəcəkləri təqdirdə diplomlarının ölkə ərazisində tanınmasında problem yaranmayacaq.

Beləliklə, yeni yanaşmaya uyğun olaraq bu günə kimi yuxarıda qeyd olunan səbəbdən xarici diplomlarının ölkə ərazisində tanınmasından imtina olunmuş vətəndaşlar qəbul edilmiş qərara yenidən baxılması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni ərizə ilə müraciət edə bilərlər.

Paylaş:
383

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər