Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib

12:25 - 16 / 11 / 2021
Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib

Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, o, bu gün səhər saatlarında dünyasını dəyişib.

Məcnun Hacıbəyov 1935-ci ildə Quba rayonunun II Nügədi kəndində doğulub. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.

Allah rəhmət eləsin.

1news.az

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər