Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

S.Xankişiyeva14:32 - 18 / 11 / 2021
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Bakıda 282 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, məktəbin bir neçə müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

Qeyd olunub ki, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 282 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz edilib.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər