“İlham Əliyev boş yerə söz demir” - Erməni ekspert | 1news.az | Xəbərlər
Cəmiyyət

“İlham Əliyev boş yerə söz demir” - Erməni ekspert

12:37 - 18 / 11 / 2021
“İlham Əliyev boş yerə söz demir” - Erməni ekspert

Erməni hərbi ekspert Van Hambarsumyan “Esse TV” YouTube kanalının efirində Azərbaycan prezidenti İlham Əliyevin boş yerə söz demədiyini vurğulayıb.

1news.az-ın azvision.az-a istinadən verdiyi xəbərə görə,verilişin gedişində Zəngəzur dəhlizi mövzusunu şərh edən erməni ekspert Azərbaycanın istədiyini alacağını bildirib.

- Ermənistanda “dəhliz” yox, “yol” deyirlər. Sizə dedim ki, dəhliz istəyirlər. Azərbaycan prezidenti də bu barədə danışıb. Azərbaycan prezidenti isə bildiyimiz kimi boş yerə söz demir. Düzdür? Bilirsiniz, bu, faktdır. Ermənistanda belə rəhbərlik olanda isə Azərbaycanın silahlı qüvvələrə ehtiyacı yoxdur. Bunlar lazımsız xərclərdir, - Van Hambarsumyan deyib.

1news.az

Paylaş:
276

Son xəbərlər

Bütün xəbərlər