Quru Qoşunlarında komanda-qərargah təlimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Quru Qoşunlarında komanda-qərargah təlimi keçirilib - FOTO

12:10 - 19 / 11 / 2021
Quru Qoşunlarında komanda-qərargah təlimi keçirilib - FOTO

Təsdiq olunmuş illik döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimdə bölmələrin müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi, təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub.

Bölmələrin qarşılıqlı fəaliyyətinin, komandirlərin çevik qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də döyüşlərin fasiləsiz idarə olunması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunub.

1news.az

Paylaş:
329

Son xəbərlər

Bütün xəbərlər