Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 137 mina aşkarlanıb
![Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 137 mina aşkarlanıb](/images/2021/11/22/20211122042109534/thumb.jpg?2021-11-22+16%3A23%3A03)
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan 1news.az-a bildirilib ki, noyabrın 15-dən 20-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 25 piyada əleyhinə mina, 112 tank əleyhinə mina və 88 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
157 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
488