“İndiki məqamda bu Vətənə və dövlətə xəyanətdir!” - Baş redaktor bu şəxsləri ittiham etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

“İndiki məqamda bu Vətənə və dövlətə xəyanətdir!” - Baş redaktor bu şəxsləri ittiham etdi

17:47 - 22 / 11 / 2021
“İndiki məqamda bu Vətənə və dövlətə xəyanətdir!” - Baş redaktor bu şəxsləri ittiham etdi

“Açıq və ciddi danışmağın vaxtıdır. Bir nəfər ölkəni faktiki təcavüzkar elan edir və 425 nəfər də onu dəstəkləyirsə, bu, o deməkdir ki, haradasa ciddi boşluqlar buraxılıb. Sərhəddə baş verən toqquşma birmənalı olaraq, Azərbaycanın haqq işinin, haqq savaşının davamı idi. Amma ictimai fikrə onu başqa cür təqdim edə bildilər. Belə davam edərsə, xainlərin sayı artacaq və səsləri getdikcə daha ucadan çıxmağa başlayacaq”

1news.az xəbər verir ki, məlum statusu “Facebook” hesabında “AzVision”-un baş redaktoru, aparıcı Vüsal Məmmədov paylaşıb. Aparıcını bu statusu yazmağa vadar edən səbəb, jurnalist Xədicə İsmayılın sosial media hesabında “Sərhədlərimizi aşan hərbi əməliyyatlar haqq savaşı deyil, ola da bilməz. Hökümət belə qəraraları təkbaşına əsgər həyatı hesabına qəbul etməməlidir” yazması olub.

Məsələ ilə bağlı Vüsal Məmmədovla əlaqə saxlayıb, fikirlərini öyrəndik.

“Sərhəddə təxribatlar baş verəndən sonra başlayan döyüş əməliyyatları ölkədə Qərbə bağlılığı bilinən bir dəstə bloger və jurnalist tərəfindən Azərbaycanın Ermənistana təcavüzü kimi qələmə verildi. Onlar bunu belə təqdim etməyə başladılar ki, guya Azərbaycan Ermənistanın sərhədlərini pozub və bu artıq Azərbaycan tərəfinin haqq işi deyil. Buna görə də başladılar ölkəni pisləməyə, ittiham etməyə. Halbuki, bu məsələyə ciddi yanaşılsa, indiki məqamda bu dövlətə xəyanətdir. Çünki Azərbaycan tərəfinin sərhəddi pozduğunu iddia etmək üçün əvvəlcə o sərhəd xətti olmalıdır. Sərhəd isə yoxdur, faktik olaraq qeyri-müəyyən bir ərazidə düşmən təxribatının qarşısı alınıb. Düşmənin təxribatlarının qarşısına sədd çəkmək üçün ona cavab zərbəsi endirilib. Burda öz ölkəsi durub təcavüzü ittiham etmək, başqa bir ölkənin ərazi bütövlüyünə qəsrdə ittiham etmək bu açıq-aşkar tapşırıqla insanın özünün öz dövlətinə xəyanətdir. Yəni Vətənə xəyanətir. Bu fikridə olan hər kəsə qarşı ən azından ictimai qınaq öz yerində, bunlara qarşı hüquqi tədbirlərin də görülməsi məsələsinə baxılmalıdır.

Amma cəmiyyət də başa düşməlidir ki, bu insanlar nəyə nail olmaq istəyirlər. Onlar bunu hansı məqsədlə edirlər və əgər bunların məqsədli şəkildə etdikləri ortaya çıxarsa, yenə də adekvat münasibətlə üzləşməlidirlər. Məqsədli şəkildə etmirlərsə, buna izah tapmaq mümkün deyil. Yenə deyirəm, heç bir təcavüzdən söhbət gedə bilməz. Çünki, ortada bir sərhəd yoxdur ki, kiminsə o sərhəddi pozduğunu iddia edəsən”.

Xüsusilə qeyd edək ki, haqq savaşımızda Qələbənin qazanılmasına revanşist ermənipərəst qüvvələrlə yanaşı, anti-Azərbaycan qüvvələr də qıcıq oldu. Olmayan reputasiyalarına “xələl”gətirməklə bunu açıq-aydın bəyan etdilər. Bu və ya buna bənzər müxalifyönlü yazılar Azərbaycan hökumətinin gördüyü işlərə əsla kölgə sala bilməz. Bunlar yalnız belə paylaşım etməklə ölkədə çaxnaşma yaratmaq istəyirlər. Amma bu elə istək olaraq da qalacaq. Çünki 44 günlük Vətən müharibəsində Xalq - Prezident birliyini bütün dünya gördü. Əgər ön cəbhədə vuruşan oğullarımız torpaqlarımız uğrunda canını fəda edirdisə, arxa cəbhədə də xalq ordusu yaranmışdı. İndi hamı bilir kim kimdir. Sübuta da ehtiyac yoxdur!.

Paylaş:
301

Son xəbərlər

Bütün xəbərlər