ADY: Bakı-Sumqayıt dəmir yolunda 12 tunel və 25 keçid inşa olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY: Bakı-Sumqayıt dəmir yolunda 12 tunel və 25 keçid inşa olunub

Qafar Ağayev15:13 - 23 / 11 / 2021
ADY: Bakı-Sumqayıt dəmir yolunda 12 tunel və 25 keçid inşa olunub

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmir yolu ərazisindən keçən şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə mütəmadi olaraq yolötürücüləri, keçid körpüləri, tunellər tikir, xəbərdaredici siqnalizasiya sistemi quraşdırır və təhlükəli əraziləri hasarlayır.

1news.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hərəkətin intensiv olduğu Abşeron dairəvi (Bakı-Sumqayıt) dəmir yolu xətti üzərində 12 yeraltı avtomobil tuneli, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub, dəmir yolu, rabitə və işarəvermə istemi yenidən qurulub. Eyni zamanda xətt üzrə 120 kilometr yol daş hasar və metal torlarla çəpərlənib.

"Bununla belə vətəndaşlardan diqqətli olmağı xahiş edirik. Həyatınızı riskə atmayın! Unutmayaq ki, dəmir yolu xəttinin üzərindən keçərkən yalnız xüsusi təyin olunmuş yerlərdən istifadə etmək lazımdır", - deyə qurum bəyan edib.

Paylaş:
435

Son xəbərlər

Bütün xəbərlər