ADPU-nun 100-ə yaxın tələbəsi koronavirusa yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

ADPU-nun 100-ə yaxın tələbəsi koronavirusa yoluxub

S.Xankişiyeva12:05 - 23 / 11 / 2021
ADPU-nun 100-ə yaxın tələbəsi koronavirusa yoluxub

Sentyabrın 29-dan ənənəvi tədris bərpa olunandan bu günə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100-ə yaxın tələbəsi koronavirusa yoluxub. Lakin aralarında ağırlaşma və ölüm halları qeydə alınmayıb.

Bu barədə 1news.az-a ali məktəbin mətbuat katibi Cavid Hüseynov deyib.

Onun sözlərinə görə, indiyə qədər 39 qrup distant təhsilə keçib: "Bir hissəsi artıq karantindən geri qayıdıb. Son 2 gündə daha 6 qrup ənənəvi tədrisə geri qayıdıb".

Paylaş:
631

Son xəbərlər

Bütün xəbərlər