“Ermənistan xalqı yanaşmalarını dəyişməli, düşmənçilik siyasətindən əl çəkməlidirlər” – Naqif Həmzəyev
“19-cu əsrdən başlayaraq,ermənilər Azərbaycan, türk və müsəlmanlara qarşı düşmənçilik siyasəti və ideologiyası əsasında yetişdirildilər”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O, bildirib ki, onlar faktiki olaraq yaratdıqları terror təşkilatları vasitəsilə ilk olaraq Osmanlı Dövlətinin ərazisində Ermənistan dövlətinin ərazini qurmaq istədilər, çox sayda dinc sakinlərin qırılmasına, məhv olmasına səb oldular.
“Osmanlı ərazisində bu dövləti yarada bilmədikləri üçün 20-ci əsrin əvvəllərində məhz Azərbaycan torpaqlarında Ermənistan dövlətini yaratdılar. Bu dövr ərzində çox sayda müsəlman, türk, azərbaycanlıların qırılmasını və azərbaycanlılara qarşı soyqırımların törədilməsində birbaşa Ermənistan və ermənilər məsuliyyət daşıyırlar. Sovetlərin qurulması ilə xalqlar dostluğu ideologiyası təbliğ edilsə də ermənilər həmişə azərbaycanlılara və türklərə qarşı düşmənçilik və nifrət hissini gizlin də olsa saxlamışdılar. 20-ci əsrin sonlarında onlar Qarabağ torpaqlarını işğal edərək ikinci bir Ermənistan dövləti yaratmaq niyyətlərini ortaya qoydular. 30 ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarını işğal altında saxladılar. Növbəti dəfə Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı Xocalı soyqırımını törətdilər. Faktiki olaraq, iki əsr boyu ermənilərin nə xisləti, nə ideologiyası, nə qə qonşularına olan münasibəti dəyişmədi. Yalnız 2020-ci ildə, 44 günlük vətən müharibəsində Azərbaycanın rəşadətli ordusunun Ali Baş Komandan İlham Əlliyevin rəhbərliyi altında ermənilərə verilən dərs onları biraz silkələdi”.
O, bildirib ki, 44 günlük Vətən Müharibəsindən sonra ermənilər ayılmaq üçün bir şans əldə etdilər.
“Təəssüflər olsun ki, hələ də revanşist fikirlərlə yaşayan, Azərbaycana, türklərə qarşı həm ərazi iddiası ortaya qoyan, həm düşmənçilik siyasəti yeridən bir qüvvələr və Ermənistan xalqı içərisində bir kəsim var. Onlar anlaya bilmirlər ki, iki əsr boyunda heçnə əldə edə bilməyiblər. Nəticə etibarı ilə onlar yerlərində sayırlar. Özlərini məzlum, yazıq və zülmə uğrayan bir xalq kimi dünyaya təqdim etmək istəsələr də faktiki olaraq özləri soyqrırımlar törətdilər, hətta, 21-ci əsrdə 44 günlük Vətən Müharibəsi zamanı da raket atəşi ilə dinc sakinləri hədəf aldılar. Ermənistan xalqı yanaşmalarını dəyişməlidirlər və azərbaycanlılara, türklərə, müsəlmanlara qarşı düşmənçilik siyasətindən əl çəkməlidirlər. Bütün bunları analiz edərək düzgün nəticəyə gəlməlidirlər. Onsuz da çətin vəziyyətdə olan Ermənistan daha rəzil, çətin vəziyyətlə qarşılaşa bilər. Bu düşmənçilik siyasət və ideologiyasından uzaqlaşmaq Ermənistan xalqının inkişafına səbəb olaracaq”.
“Əminəm ki, Ermənistan Azərbaycanın irəli sürdüyü təklifləri düzgün dəyərləndirib, regionda uzunmüddətli sülhün və əminamanlığın bərqərar olması üçün real addımlar atacaq” – deyə, deputat əlavə edib.