Paytaxtda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

Qafar Ağayev17:38 - 25 / 11 / 2021
Paytaxtda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

Nəsimi rayonu ərazisində yolu keçən Bakı şəhər sakini R.Əliyev müəyyənləşməmiş avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, hadisə nəticəsində piyada xəstəxanaya yerləşdirilib.

Yol-nəqliyyat hadisəsinin “Ravon” markalı avtomobillə törədilməsi rayon polis idarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyənləşib.

Həmin nəqliyyat vasitəsini idarə edən sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma davam edir.

Paylaş:
378

Son xəbərlər

Bütün xəbərlər