Biləcəridə dəmir yolu məntəqəsindən 1 tondan çox metal oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləcəridə dəmir yolu məntəqəsindən 1 tondan çox metal oğurlanıb

Qafar Ağayev13:29 - 26 / 11 / 2021
Biləcəridə dəmir yolu məntəqəsindən 1 tondan çox metal oğurlanıb

Biləcəri dəmir yolu çeşidləmə məntəqəsinin ərazisindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 23-də Biləcəri dəmir yolu çeşidləmə məntəqəsinin ərazisindən 1,1 ton metal qırıntılarını oğurlamağa cəhd göstərən Bakı şəhər sakini T.Şıxıyev və Sumqayıt şəhər sakini Ş.Sadıqov saxlanılıblar.
Davam etdirilən tədbirlərlə qrupun digər üzvləri - oranın işçiləri, Bakı şəhər sakini C.Xudiyev, Mingəçevir şəhər sakini İ.Səfərov və Zəngilan rayon sakini O.Ağayev də müəyyən edilərək saxlanılıb.

Paylaş:
318

Son xəbərlər

Bütün xəbərlər