Ukraynada həbs edilən azərbaycanlı dələduz ölkəmizə ekstradisiya edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ukraynada həbs edilən azərbaycanlı dələduz ölkəmizə ekstradisiya edilib

Qafar Ağayev17:12 - 26 / 11 / 2021
Ukraynada həbs edilən azərbaycanlı dələduz ölkəmizə ekstradisiya edilib

Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan Respublikasının vətəndaşı Mövsümov Mövsüm Vaqif oğlunun ekstradisiyası haqqında qərar qəbul edilib.

Baş Prokurorluqdan 1news.az-a bildirilib ki, M.Mövsümov barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bununla bağlı, Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat idarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib. 2021-ci ilin may ayında şəxs Ukrayna ərazisində müəyyən edilərək həbs edilib.

26.11.2021-ci il tarixində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə M.Mövsümov Ukraynadan Azərbaycana gətirilib.

Paylaş:
362

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:22Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində qəza olub, sıxlıq yaranıbBu gün, 09:11Laçın şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:09Xocavənddə yanğın baş verib, əraziyə helikopterlər cəlb olunub - VİDEOBu gün, 09:03NİİM Bakının tıxac olan küçələrini açıqladıBu gün, 09:02Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib10 / 09 / 2024, 22:24Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü keçirilib10 / 09 / 2024, 18:01Azərbaycan Milli Paralimpiya komandası üzvləri təltif edilib - SİYAHI10 / 09 / 2024, 17:44İlham Əliyev Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırıb10 / 09 / 2024, 17:41Sumqayıtda küçədə üzərində yanıq izləri olan meyit tapılıb10 / 09 / 2024, 17:26Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib10 / 09 / 2024, 17:12Yenicə tələbə adını qazanan 18 yaşlı Aqilin sizin köməyinizə ehtiyacı var - FOTO10 / 09 / 2024, 17:00DİN: Avqustda 352 kq narkotik dövriyyədən çıxarılıb10 / 09 / 2024, 16:48Formula-1 Azərbaycan Qran Prisi çərçivəsində tibbi xidmətlərin təşkili məqsədilə yüzdən çox tibb işçisi təhkim olunub10 / 09 / 2024, 16:22Azərbaycan sərhədlərində gözləyən yük avtomobillərinin sayı açıqlandı10 / 09 / 2024, 16:12Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib10 / 09 / 2024, 15:42Ekoloji təmiz nəqliyyat vasitələrinin kreditləşməsində müsbət dinamika müşahidə olunur10 / 09 / 2024, 15:22Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başlayıb10 / 09 / 2024, 14:58“28 May” metrostansiyasında eskalator əsaslı təmirdən sonra istifadəyə verilib10 / 09 / 2024, 14:50Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib10 / 09 / 2024, 14:37
Bütün xəbərlər